
- A-
- A
- A+
Region
16:02 / 19.07.2026
İrəvanda silahlı insident: 1 ölü var - Şübhəli saxlanıldı
Hazırda oxunan: İrəvanda silahlı insident: 1 ölü var - Şübhəli saxlanıldı
626189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, Muratsan küçəsində baş verən atışma zamanı 30-dan çox atəş açılıb.
Hadisə nəticəsində 1 nəfər həlak olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə yerində, həmçinin partlamamış əl qumbarasının aşkar edildiyi bildirilir.
Ermənistan İstintaq Komitəsi insidentlə bağlı başlanmış cinayət işi çərçivəsində bir nəfərin saxlanıldığını açıqlayıb.
Bildirilib ki, fakt üzrə qəsdən adamöldürmə, adamöldürməyə cəhd və qanunsuz odlu silah dövriyyəsi maddələri ilə araşdırma aparılır. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































