Rusiya ilk dəfə Ermənistanın sertifikatlaşdırma orqanlarının sənədlərinin qüvvəsini dayandırdı

Rusiya ilk dəfə Ermənistanın sertifikatlaşdırma orqanlarının sənədlərinin qüvvəsini dayandırdı

Hazırda oxunan: Rusiya ilk dəfə Ermənistanın sertifikatlaşdırma orqanlarının sənədlərinin qüvvəsini dayandırdı

626152

Rusiya Federasiyasının Akkreditasiya üzrə Federal Xidməti ("Rosakkreditasiya") ilk dəfə olaraq Ermənistanda verilmiş uyğunluq sənədlərinin Rusiyada tətbiqini dayandırıb.

Bizim.Media xəbər verir ki, qərarın verilməsinə əsas səbəb nümunələrin idxalına dair sübutların olmaması və sınaq protokollarının təqdim edilməməsidir.

Məhdudiyyətlər "ARMTEST" (026/S-043) və "ARM-TEST" (025/S-057) MMC-lərinə aid sənədləri əhatə edir.

"ARMTEST" MMC: İyulun 10-dan etibarən bu şirkətin verdiyi sənədlərin Rusiyada qüvvəsi 12 ay müddətinə dayandırılıb.

Qeyd edək ki, bu qurumun fəaliyyəti artıq Ermənistanın özündə də dayandırılmışdı.

"ARM-TEST" MMC: Şirkətin verdiyi sənədlərin tətbiqi müvəqqəti olaraq dayandırılıb.
 

Ümumilikdə yüngül sənaye məhsullarına dair 4 sertifikat və qida məhsullarına dair 1 bəyannamənin qüvvəsi dayandırılıb.


"Rosakkreditasiya" rəhbəri Dmitri Volvaç bildirib ki, bu addım Avrasiya İqtisadi Birliyi (AİB) məkanında bazarın "təmizlənməsi" və keyfiyyətsiz sertifikatlaşdırmanın qarşısının alınması istiqamətində görülən işlərin tərkib hissəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO