Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Hazırda oxunan: Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

626089

İranın Ali lideri Müctəba Xamenei qarşılıqlı anlaşma memorandumunun pozulmasının ABŞ prezidentinin imzasının əsassızlığını və etibarsızlığını bir daha sübut etdiyini bəyan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi "Tasnim" agentliyi yayıb.

Ölkənin Ali rəhbəri Vaşinqtonun xarici siyasət xəttini sərt tənqid edib:

"İran və Amerika Birləşmiş Ştatları prezidentləri arasında imzalanmış qarşılıqlı anlaşma memorandumu üzrə razılaşmaların dəfələrlə pozulması, Birləşmiş Ştatlar prezidentinin imzasının nə dərəcədə əsassız və etibarsız olduğunu hamıya bir daha sübut etdi. Bu, qorxutma və barbarlığın Amerika ideologiyasının və fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğunu göstərir.

Bu gün "Böyük Şeytan" öz real simasını yenidən nümayiş etdirdi. Onun yeni cinayətləri və verdiyi vədləri pozması Amerikanın yalançı və rəzil təbiətinin daha bir sübutudur".

Müctəba Xamenei ABŞ-nin hərbi addımlarına toxunaraq Tehranın qarşıdurmaya hazır olduğunu vurğulayıb:

"İndi, düşmən Amerika müharibə başlatmağa çalışdığı bir vaxtda nəzərə almalıdır ki, İran və müqavimət oxu ona artıq unudulmaz dərslər verib. Birliyi qorumaq, bölünmələrdən və siyasi fikir ayrılıqlarından qaçınmaq hər kəsin və əlbəttə ki, məmurların vəzifəsidir.

Düşmən İranda heç bir zəiflik əlaməti görməməlidir. Belə olarsa, o, qaçılmaz olaraq məğlubiyyətə uğrayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO