Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

Hazırda oxunan: Yüksək temperatur Türkiyədə meşə yanğınlarına səbəb oldu - FOTO

626073

Kütahya, Aydın və İstanbulun Çatalca rayonunda meşə yanğınları başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Yanğınsöndürənlərin yanğınlara həm havadan, həm də qurudan müdaxilə etdiyi bildirilib.

Temperaturun mövsümi normadan yüksək olmasının meşə yanğınlarının sayının artmasına səbəb olduğu qeyd olunub.
 


Meşə yanğınlarını nəzarət altına almaq üçün çoxlu sayda xilasetmə briqadası səfərbər edilib. Alovların qarşısını almaq məqsədilə havadan 7 helikopter və 4 yanğınsöndürmə təyyarəsi ilə operativ müdaxilə edilir.


Qurudan isə yanğınla mübarizəyə 22 arazöz (yanğınsöndürən maşın), həmçinin çoxlu sayda xüsusi texnika və meşə təsərrüfatı işçiləri cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmaması üçün söndürmə və soyutma işləri fasiləsiz olaraq davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO