Azərbaycan sərhədçiləri İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin gətirilməsi cəhdinin qarşısını uğurla alıblar.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana qanunsuz yolla keçirilməsi planlaşdırılan aşağıdakı narkotik maddələr aşkarlanaraq dövriyyədən çıxarılıb:
Marixuana: 27 kq 65 qram
Heroin: 5 kq 300 qram
Ümumi çəki: 32 kiloqram 365 qram
Psixotrop həblər: 7200 ədəd güclü təsir edən "Metadon M-40" həbi.
Faktla bağlı başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir, qaçaqmalçılıq kanalının digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Bizim.Media

- A-
- A
- A+
Region
12:43 / 09.06.2026
İranla sərhəddə ƏMƏLİYYAT - Külli miqdarda narkotik aşkarlandı - FOTO
Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT - Külli miqdarda narkotik aşkarlandı - FOTO
Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT - Külli miqdarda narkotik aşkarlandı - FOTO
618174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































