Parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib.
Bizim.Media Ermənistan KİV-ə istinadla xəbər verir ki, Paşinyan Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qaldığını vurğulayıb:
"Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq".
Baş nazirin sözlərinə görə, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir. Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər:
"Azərbaycana gəldikdə, bilirsiniz ki, bizim əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq".
Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunub.
O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir.
Hökumət başçısı nəqliyyat sektorundakı son addımları da yüksək qiymətləndirib və Axalkalaki-Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, səslərin 93 faizinin hesablanmasından sonra, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi səslərin 50,25 faizini toplayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
08:34 / 08.06.2026
Paşinyandan Azərbaycan və Türkiyəyə ÇAĞIRIŞ
Hazırda oxunan: Paşinyandan Azərbaycan və Türkiyəyə ÇAĞIRIŞ
Hazırda oxunan: Paşinyandan Azərbaycan və Türkiyəyə ÇAĞIRIŞ
617839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































