MDB müşahidəçiləri: "Ermənistandakı seçki fəallığı 2021-ci ildəkindən yüksək olacaq" - VİDEO

MDB müşahidəçiləri: "Ermənistandakı seçki fəallığı 2021-ci ildəkindən yüksək olacaq" - VİDEO

Hazırda oxunan: MDB müşahidəçiləri: "Ermənistandakı seçki fəallığı 2021-ci ildəkindən yüksək olacaq" - VİDEO

617716

Ermənistanda keçirilən növbəti parlament seçkilərində seçici fəallığı 2021-ci ildə qeydə alınan göstəricini üstələyə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə MDB müşahidəçi missiyasının qərargah rəhbəri Yevgeni Kozyak bəyan edib.

Onun sözlərinə görə, müşahidəçilərin ilkin qənaəti seçicilərin aktivliyinin yüksək olduğunu göstərir:
 

"Bu gün saat 11:15 radələrinə olan məlumata görə, baş çəkdiyimiz seçki məntəqələrində seçici fəallığı ya 10%-i ötüb, ya da bu göstəriciyə yaxınlaşıb. Hesab edirəm ki, bu dəfə ümumi fəallıq 2021-ci ildəki əvvəlki parlament seçkilərindən daha çox olacaq. Əgər səhv etmirəmsə, ötən seçkilərdə ümumi fəallıq 49%-dən bir qədər yüksək idi".


Kozyak vurğulayıb ki, bu, MDB missiyasının Ermənistana 12-ci gəlişidir, ona görə də prosesləri əvvəlki illərlə müqayisə etmək imkanları genişdir. O qeyd edib ki, ötən müddət ərzində ölkədə bir-birinə bənzəyən iki eyni seçki prosesi baş verməyib — şərait dəyişir, iştirakçılar yenilənir, texniki təchizat modernləşdirilir, qanunvericiliyə və səsvermə proseduruna düzəlişlər edilir. Bununla belə, MDB rəsmisinin qiymətləndirməsinə görə, Ermənistanda seçkilər ümumilikdə həmişə kifayət qədər mütəşəkkil şəkildə təşkil olunub.

Xatırladaq ki, bu gün Ermənistanda keçirilən parlament seçkilərində 2 blok və 16 partiya daxil olmaqla ümumilikdə 18 siyasi qüvvə mübarizə aparır. Ölkə üzrə səsvermə hüququ olan vətəndaşların ümumi sayı 2 milyon 485 min 851 nəfərdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO