Armen Qriqoryan Aİ-yə üzvlüklə bağlı referendumdan danışdı: "Gündəmimizdə belə bir məsələ yoxdur"

Armen Qriqoryan Aİ-yə üzvlüklə bağlı referendumdan danışdı: "Gündəmimizdə belə bir məsələ yoxdur"

Hazırda oxunan: Armen Qriqoryan Aİ-yə üzvlüklə bağlı referendumdan danışdı: "Gündəmimizdə belə bir məsələ yoxdur"

617706

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Bizim.Media xəbər verir ki, səs verdikdən sonra jurnalistlərə açıqlama verən Qriqoryan Ermənistan Respublikasının suverenliyi, sabitliyi və inkişafı naminə səs verdiyini bildirib.

Təhlükəsizlik Şurasının katibi Rusiyanın Ermənistana ünvanladığı sərt bəyanatları, həmçinin Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüklə bağlı referendum keçirilməsi tələblərini də şərh edib:

"Ümumiyyətlə, hazırda gündəmimizdə belə bir məsələ yoxdur. Mən Aİ-yə üzvlüyü müzakirə edəcəyimiz referendum məsələsini nəzərdə tuturam. Çünki bildiyiniz kimi, biz hər zaman bəyan etmişik ki, hər iki təşkilatla — həm Aİİ, həm də Avropa İttifaqı ilə münasibətlər uzlaşdığı müddətcə bu gündəliyi davam etdirəcəyik. Bu gün də bu gündəliyin uzlaşdığını görürük və fəaliyyətimizi bu istiqamətdə davam etdiririk".

Qriqoryan Rusiya Prezidenti Vladimir Putinin hər iki təşkilata eyni vaxtda üzvlüyün qeyri-mümkün olması barədə bəyanatına da toxunub:

"Təşkilatların özləri bir-biri ilə uzlaşmır, bunu biz də demişik ki, hər ikisinə eyni vaxtda üzv olmaq qeyri-mümkündür. Lakin bizim hazırda üzv dövlət kimi Aİİ ilə qurduğumuz münasibətlərin səviyyəsi ilə bu gün Aİ ilə sahib olduğumuz əlaqələrin səviyyəsinin bir-biri ilə uzlaşdığına əminik".

Şura katibi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya gözlənilən səfəri çərçivəsində rəsmi Moskva ilə aparılacaq müzakirələrin mövzusundan da danışıb:

"Təbii ki, rusiyalı həmkarlarımızla Ermənistan-Rusiya ikitərəfli əlaqələrini, eləcə də çoxtərəfli münasibətləri müzakirə edəcəyik. Mən Aİİ çərçivəsindəki iqtisadi əlaqələri nəzərdə tuturam. Sözsüz ki, seçkiqabağı dövrdə emosiyalar daha gərgin ola bilərdi. Əminəm ki, sabahdan etibarən emosiyalar səngiyəcək və biz daha sakit şəraitdə gündəmimizdəki məsələləri müzakirə edəcəyik. Problemlərin həllini tapacağımızı düşünürəm. Digər tərəfdən, görürsünüz ki, biz Aİ ilə də münasibətləri inkişaf etdiririk. Baş nazir Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə telefon danışığı aparıb. Avropa İttifaqı öz bazarını Ermənistan malları üçün açmağa hazırdır. Biz qarşımızda təbii yolla yaranmayan, yəni qəbul edilən qərarlar nəticəsində ortaya çıxan problemlərin həllini tapacağımıza əminik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO