İyunun 6-da yerli vaxtla saat 21:10-da Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi tərəfindən 2,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə "News.am" portalı məlumat yayıb.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb. Spitak şəhərindən 11 kilometr cənub-şərqdə baş verən zəlzələnin gücü episentrində 3 bal təşkil edib.
Yeraltı təkanlar Lori mərzinin Spitak və Vanadzor şəhərlərində, həmçinin Alavar, Şaumyan, Lernantsk və Lernapat kəndlərində 2-3 bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, sabah Ermənistanda parlament seçkiləri keçiriləcək.
Bizim.Media




































































































