Türkiyənin Muş vilayətinin Bulanık rayonunda jandarma qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində Bizans dövrünə aid 749 ədəd bürünc sikkə ələ keçirilib, hadisə ilə bağlı 4 şübhəli şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Muş Valiliyi rəsmi məlumat yayıb.
Məlumata görə, Vilayət Jandarma Komandanlığının əməkdaşları tarixi əsər qaçaqmalçılığının qarşısının alınması məqsədilə genişmiqyaslı araşdırma aparıb.
Daxil olan operativ məlumat əsasında qanunsuz olaraq qədim sikkələr saxlanıldığı müəyyən edilən ünvanlara eyni vaxtda basqın təşkil olunub.
Şübhəlilərin ev və iş yerlərində aparılan axtarışlar zamanı Bizans imperiyası dövrünə aid olduğu təxmin edilən 749 ədəd bürünc sikkə aşkar edilərək götürülüb.
Gözaltına alınan 4 şübhəli şəxs barəsində müvafiq hüquqi-məhkəmə işlərinə başlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Region
23:32 / 06.06.2026
Türkiyədə Bizans sikkəsi ilə bağlı əməliyyat keçirildi
Hazırda oxunan: Türkiyədə Bizans sikkəsi ilə bağlı əməliyyat keçirildi
Hazırda oxunan: Türkiyədə Bizans sikkəsi ilə bağlı əməliyyat keçirildi
617648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































