Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən yüz il sonra etnik türkmanın İraqın Kərkük vilayətinin rəhbəri vəzifəsinə seçilməsini önəmli hadisə adlandırıb.
Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bunu Kərkük qubernatoru Mehmet Səman Ağanı qəbul edərkən deyib.
Məlumata görə, görüşdə İraqdakı türkmanların vəziyyəti dəyərləndirilib. Ərdoğan Kərkükdə sülh, rifah və əmin-amanlığın davam etməsinin İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıdığını, bu çərçivədə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.
İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) sədri vəzifəsini də icra edən Mehmet Səman Ağa Kərkükə dəstəklərinə görə Ərdoğana minnətdarlığını bildirib.
Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.
Bizim.Media

- A-
- A
- A+
Region
21:47 / 06.06.2026
Ərdoğan: “Etnik türkmanın Kərkük vilayətinin rəhbəri seçilməsi önəmli hadisədir”
Hazırda oxunan: Ərdoğan: “Etnik türkmanın Kərkük vilayətinin rəhbəri seçilməsi önəmli hadisədir”
Hazırda oxunan: Ərdoğan: “Etnik türkmanın Kərkük vilayətinin rəhbəri seçilməsi önəmli hadisədir”
617628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































