İran XİN: Vaşinqton münaqişəni gərginləşdirməyə çalışır

İran XİN: Vaşinqton münaqişəni gərginləşdirməyə çalışır

Hazırda oxunan: İran XİN: Vaşinqton münaqişəni gərginləşdirməyə çalışır

617618

İran Xarici İşlər Nazirliyi ABŞ-ın sübh tezdən Sirik şəhəri və Qeşm adasındakı radar stansiyalarına, habelə sahilyanı müşahidə obyektlərinə endirdiyi zərbələri pisləyib. Tehran bu hücumun aprelin 8-də qüvvəyə minmiş atəşkəs rejiminin kobud şəkildə pozulması olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Tehran Times" qəzeti məlumat yayıb.

Tehran rəsmiləri hücuma məruz qalan obyektlərin dövlət sərhədlərinin qorunması və beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunduğunu iddia ediblər.

"Amerika Birləşmiş Ştatları gərginliyi azaltmaq niyyətində deyil. Vaşinqton öz addımlarının bütün nəticələrinə görə tam məsuliyyət daşıyır", — deyə İran XİN-in bəyanatında qeyd olunub.

İran hakimiyyəti həmçinin bildirib ki, ölkənin silahlı qüvvələri özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləri görüb və hücum edən tərəfin məqsədlərini puça çıxarmağı bacarıb.

İran XİN region dövlətlərini öz ərazilərindən İslam Respublikasına qarşı hərbi əməliyyatların keçirilməsi üçün istifadə edilməsinə icazə verməməyə çağırıb, həmçinin Birləşmiş Millətlər Təşkilatından (BMT) baş verənlərə dərhal reaksiya verməsini tələb edib.

"İran öz suverenliyini bütün gücü ilə qoruyacaq", — deyə bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO