Xamenei xalqa və dövlət rəsmilərinə MÜRACİƏT ETDİ

Xamenei xalqa və dövlət rəsmilərinə MÜRACİƏT ETDİ

Hazırda oxunan: Xamenei xalqa və dövlət rəsmilərinə MÜRACİƏT ETDİ

617201

Bu gün İranın ali lideri Müctəba Xamenei İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin vəfatının 37-ci ildönümü münasibətilə yaydığı müraciətdə ölkədə birlik və həmrəyliyin qorunmasının vacibliyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, Xamenei müraciətində düşmənin əsas məqsədlərindən birinin İran cəmiyyətində təzyiq, parçalanma və səhv hesablamalar yaratmaq olduğunu bildirib.

O, son müharibədə düşmənin həm İran Silahlı Qüvvələri, həm də xalqı qarşısında uğursuzluğa düçar olduğunu iddia edib.

"Onların əsas vasitəsi şübhə, ümidsizlik, qorxu və nifaq toxumu səpməkdir", – deyə Xamenei açıqlayıb.

Dövlət rəsmilərinə müraciət edən Xamenei bildirib ki, cəmiyyətdə ümidsizlik yaradan hər hansı addım ölkənin düşmənlərinin maraqlarına xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO