Zelenski ukraynalıları təşvişə düşməməyə çağırdı

Hazırda oxunan: Zelenski ukraynalıları təşvişə düşməməyə çağırdı

61649

Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları təşvişə düşməməyə çağırıb.

Bizim.Media Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Zelenski bu barədə özünün “Teleqram” səhifəsində yazıb.

“Hər bir ukraynalıya müraciət edirəm. Təşvişə düşməyək, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün səylərimizi əsirgəməyək”, - deyə Ukrayna prezidenti bildirib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yerli vaxtla səhər saat 05:00-da Ukraynanın Rusiya və Belarusla dövlət sərhədi Rusiya hərbçilərinin hücumuna məruz qalıb.

Hazırda artilleriya və ağır texnikadan istifadə edən rus qoşunları Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərində sərhəd patruluna və keçid məntəqələrinə hücum edir. Həmçinin hərbi əməliyyatlar Donetsk və Luqansk vilayətləri və Krım istiqamətində də aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO