Türkiyədə yaşamaq istəyənləri maraqlandıran QƏRAR

Türkiyədə yaşamaq istəyənləri maraqlandıran QƏRAR

Hazırda oxunan: Türkiyədə yaşamaq istəyənləri maraqlandıran QƏRAR

616287

Türkiyədə yaşayış icazəsi (VNH) üçün müraciət zamanı əlavə ödənişlərin tətbiq olunacağı ilə bağlı yayılan məlumatlar rəsmi şəkildə təkzib edilib.

Bizim.Media xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi yerli mediada yayılan xəbərlərə münasibət bildirərək, yaşayış icazəsi üçün müraciət zamanı əlavə rüsumların alınmadığını açıqlayıb.

Nazirliyin nümayəndəsi Mustafa Çiftçinin sözlərinə görə, hazırda yaşayış icazəsi üçün müraciət haqqı 964 türk lirəsi (təxminən 21 ABŞ dolları) təşkil edir və bu məbləğ il ərzində dəyişmir.

“Bundan əlavə, yaşayış icazəsi almaq üçün müraciətlərin qəbulu zamanı heç bir əlavə ödəniş tutulmur”, - deyə o bildirib.

Türkiyə Daxili İşlər Nazirliyinin 21 may tarixinə olan məlumatına əsasən, ölkədə 1,2 milyon xarici vətəndaş yaşayış icazəsinə malikdir. Onların 75,5 min nəfəri Rusiya vətəndaşıdır. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO