
- A-
- A
- A+
Region
20:15 / 30.05.2026
Bol yağıntılar Türkiyədə bu məhsulu rekord səviyyəyə çatdıracaq
Hazırda oxunan: Bol yağıntılar Türkiyədə bu məhsulu rekord səviyyəyə çatdıracaq
616256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bol yağıntılar fonunda Türkiyə fermerləri rekord buğda məhsulu proqnozlaşdırırlar.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, ölkədə son aylarda yağıntının həcmi son 66 ildə ən yüksək səviyyəyə çatıb.
Türkiyə Kənd Təsərrüfatı Palataları Birliyinin (TZOB) qiymətləndirməsinə görə, hazırkı əlverişli hava şəraitində ölkədə buğda məhsulu 23 milyon tonu ötə bilər. Son illərdə isə illik orta göstərici 19,5 milyon tondan 21 milyon tona qədər təşkil edib ki, bu da Türkiyənin tələbatının 90 faizdən çoxunun təmin edilməsinə imkan verib.
Türkiyə vilayətləri arasında taxıl əkininə görə Konya, Şanlıurfa, Ankara, Diyarbəkir və Yozqat liderdir.
TZOB-da arpa istehsalının da 8,7 milyon tona çatacağı proqnozlaşdırılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































