"Rusiya Silahlı Qüvvələri Ukraynanın Luqansk vilayətindəki Melovoye və Qorodişe kəndlərini işğal edib".
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna ilə həmsərhəd rayonlardakı məktəblər BAĞLANDI – Təcili QƏRAR
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qondarma Donbass “respublikaları” rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.
Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var.
Alçina Amilqızı, Bizim.Media