Türkiyənin 78 illik ayaqqabı nəhəngi iflas oldu - VİDEO

Türkiyənin 78 illik ayaqqabı nəhəngi iflas oldu - VİDEO

Hazırda oxunan: Türkiyənin 78 illik ayaqqabı nəhəngi iflas oldu - VİDEO

607046

Türkiyədə 1948-ci ildən fəaliyyət göstərən “Yeşil Kundura”nın davamı hesab olunan HK Kundura maliyyə böhranından çıxa bilməyərək iflas olub.

Bizim.Media xəbər verir ki, şirkətlə bağlı qərarı İstanbul Anadolu 2-ci Asliye Ticarət Məhkəməsi verib.

Bildirilib ki, HK Kundura 2025-ci ildən İdarə Heyətinin sədri Hüseyn Kızanlıklının ad və soyadının baş hərflərindən formalaşdırılmış yeni adla fəaliyyət göstərməyə başlayıb.

Şirkət artan maliyyə təzyiqləri səbəbindən konkordato (borcu ödəmək üçün möhlət) tələbi ilə məhkəməyə müraciət etsə də, bu proses nəticə verməyib. Məhkəmə əvvəlcə şirkətə 3 aylıq müvəqqəti möhlət verib, daha sonra bu müddəti daha 2 ay uzadıb. Lakin buna baxmayaraq, maliyyə problemləri həll olunmayıb və proses iflasla yekunlaşıb.

Qeyd edək ki, Türkiyə üzrə çoxsaylı françayz mağazaları ilə fəaliyyət göstərən “Yeşil Kundura” daha əvvəl də 2018-ci ildə konkordato elan etmişdi.

Şirkət 2023-cü ilin dekabrında bu prosesi başa vuraraq maliyyə durumunu bərpa etdiyini açıqlamışdı.

1948-ci ildə Yeşil qardaşları tərəfindən kiçik bir emalatxanada yaradılan marka illər ərzində Türkiyənin ayaqqabı sektorunun önəmli oyunçularından birinə çevrilmişdi.

HK Kunduranın iflası yerli ayaqqabı sektorunda ciddi rezonans doğurub və iqtisadi çətinliklərin dərinləşdiyini bir daha gündəmə gətirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO