Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Hazırda oxunan: Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

606138

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bəzi müxalif siyasi qüvvələrin ölkənin 29 743 kvadratkilometrlik ərazisi ilə kifayətlənməmək çağırışları dövlətin təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Paşinyanın sözlərinə görə, bu cür bəyanatlar əslində qaçılmaz hərbi münaqişə kursu deməkdir.

O vurğulayıb ki, belə yanaşmada siyasi müzakirələr üçün yer qalmır, çünki söhbət sabitlik və sülhə birbaşa təhdiddən gedir.

“Əgər hansısa siyasi qüvvə deyirsə ki, Ermənistan 29 743 kvadratkilometrlik ərazi ilə məhdudlaşmamalıdır, bu, mahiyyət etibarilə qaçılmaz müharibə deməkdir”, - deyə baş nazir qeyd edib.

Paşinyan əlavə edib ki, bu cür açıqlamalar ciddi qiymətləndirilməlidir, çünki onlar birbaşa ölkənin təhlükəsizliyi və gələcəyi ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO