Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

Hazırda oxunan: Pezeşkian bunkerdə Nazirlər Kabinetinin ilk iclasını KEÇİRDİ

604087

İranın dövlət televiziyası Məsud Pezeşkianın rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclasının görüntülərini yayımlayıb.

Bizim.Media xəbər verir ki, görüntülərə əsasən, görüş çadırla örtülmüş yeraltı bunkerdə keçirilib.
 

Pezeşkian Novruz bayramı münasibətilə iranlıları məhz oradan təbrik edib. İran lideri bu iclasda şəhərlərdə gecə mitinqlərində rejim tərəfdarlarının iştirakını “dəyərli kapital” adlandırıb və bildirib:


“Bu gün İran dünyanın zirvəsində parlayan qiymətli bir daş kimi işıldayır və bütün dünyada azadlıqsevər insanlara ilham verir. Müharibənin dayandırılması ilə bağlı istənilən qərar yalnız irəli sürülmüş bütün şərtlər nəzərə alınmaqla və İranın böyük xalqının ləyaqəti, təhlükəsizliyi və maraqları çərçivəsində qəbul ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO