Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

Hazırda oxunan: Bloger böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur - DETALLAR

603871

Rusiyada bloger Mariya Larionova təlim xidmətləri adı altında böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur.

Bizim.Media xəbər verir ki, Sankt-Peterburq sakini Yevgeniya 2023-cü ildə Larionovanın mentorluq kursunu almaq qərarına gəlib.

Təlimin ilkin qiyməti 1 milyon rubl olub. Lakin ona bildirilib ki, biznesə uğurlu start vermək üçün əlavə olaraq daha 1,6 milyon rubl “investisiya cəlb etmək” lazımdır. Yevgeniyanın sözlərinə görə, o, kredit götürmək istəməyib, lakin Larionova prosesə psixoloq cəlb edib və psixoloq qızı borc götürərək kursu almağa razı salıb.
 

İddialara əsasən, “təlim” əsasən Telegram-da qısa videomesajlar göndərməkdən ibarət olub. Yevgeniya pulunun geri qaytarılmasını tələb etsə də, Larionova yalnız cüzi məbləğ qaytarmağa razılaşıb və xidmətin demək olar ki, tam həcmdə göstərildiyini bildirib.


Bundan sonra Yevgeniya məhkəməyə müraciət edib və qalib gəlib. Məhkəmə Mariya Larionovanın pulu qaytarmalı olduğu barədə qərar çıxarıb. Lakin sonradan məlum olub ki, özünü milyonluq dövriyyəsi olan biznesmen kimi təqdim edən kurs iflas proseduruna başlayıb və indi vəsaitin qaytarılması sual altına düşüb.

Yevgeniya bildirib ki, Larionovanın fəaliyyətindən zərər çəkən yeganə şəxs o deyil. Qeyd olunur ki, vaxtilə Ayez Şabutdinovun tələbəsi kimi tanınan Mariya Larionova sosial şəbəkələrdəki bütün hesablarını bağlayıb və “uğurlu sahibkarlığı” ilə bağlı qeydləri silib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO