Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Hazırda oxunan: Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

601992

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin “Epşteyn adası şəbəkəsinin qalıqları” üzərində qələbəyə yaxın olduğunu bəyan edib.

“İran xalqının Epşteyn adası şəbəkəsinin qalıqları üzərində tarixi qələbəsi yaxındır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

O, paylaşımında Məhəmməd Rza Pəhləvi hakimiyyəti və Tramp arasında müqayisə aparıb.

“47 il əvvəl – İran inqilabı ərəfəsində, şah Məhəmməd Rza Pəhləvi rejiminin baş naziri küçələrə çıxan insanların real olmadığını, onların səslərinin maqnitofondan verildiyini iddia edirdi. Hazırda ABŞ-ın prezidenti Donald Tramp də oxşar açıqlamalar verir və İranda keçirilən çoxmilyonlu antiamerika və antiisrail aksiyalarının süni intellekt vasitəsilə yaradıldığını iddia edir. Ancaq İran xalqının Epşteyn adası şəbəkəsinin qalıqları üzərində tarixi qələbəsi yaxındır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO