Türkiyə İsrailin Livana qarşı başlatdığı və bölgədəki qeyri-sabitliyi daha da dərinləşdirən quru əməliyyatını qınayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“İsrailin Livana qarşı başlatdığı və bölgədəki qeyri-sabitliyi daha da dərinləşdirən quru əməliyyatını ən sərt şəkildə qınayırıq.
Netanyahu hökumətinin soyqırımı və kollektiv cəzalandırma siyasətini bu dəfə Livanda həyata keçirməsi bölgədə yeni humanitar fəlakətə səbəb ola bilər.
Livanın suverenliyini və ərazi bütövlüyünü pozan bu hücumlar qarşısında Livanla həmrəy olduğumuzu bir daha vurğulayırıq”, - bəyanatda qeyd edilib.

Bizim.Media




































































































