Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

Hazırda oxunan: Rusiya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya ETDİ

601877

Azərbaycanın beynəlxalq axtarışa verdiyi vətəndaşı Zaməddin Bəfadar oğlu İbrahimov Rusiyadan ekstradisiya edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
 

Bildirilib ki, Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin vəsatətini təmin edib və Z.İbrahimov bu ölkə ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəyə gətirilib.


Xatırladaq ki, Sumqayıt Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Z.İbrahimovun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO