İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

Hazırda oxunan: İlber Ortaylının vəsiyyəti yerinə yetirildi

601694

Məşhur tarixçi professor İlber Ortaylının illər əvvəl dilə gətirdiyi vəsiyyət yerinə yetirilib.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, İ.Ortaylının istəyinə uyğun olaraq onun ölüm xəbəri minarədən oxuyan səsindən təsirləndiyi imam-xətib Dursun Şahin olub.
 

Bildirilib ki, Ortaylı illər əvvəl Üsküdardakı Çinili məscidində xidmət edən Dursun Şahinin oxuduğunu eşidərək onunla tanış olmaq istəyib. Görüş zamanı tarixçi imamın səsindən və üslubundan təsirləndiyini bildirərək - "Səndə fərqli bir tərz var, kimdən dərs almısan?" - sualını verib.


Şahin isə musiqi dərslərini Amir Ateşdən aldığını deyib. Söhbət zamanı Ortaylının Şahinə - "Mən ölsəm, elanı sən verəcəksən" - dediyi və bunu bir növ vəsiyyət kimi bildirdiyi qeyd olunur.

Martın 13-də vəfat edən tarixçinin bu istəyi illər sonra həyata keçirilib. İmam-xətib Dursun Şahin Ortaylı üçün minarədən dua oxuyaraq, camaatı cənazə namazına səsləyərək onun vəsiyyətini yerinə yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO