İranda yeni dini liderin seçilməsi ilə bağlı proses başa çatıb. Məlumata görə, Ekspertlər Məclisi ölkənin yeni ali dini rəhbərini seçib, lakin təhlükəsizlik səbəblərinə görə onun adı hələlik ictimaiyyətə açıqlanmır.
Bizim.Media xəbər verir ki, İran mediasının məlumatına əsasən, qərar ölkədə və regionda davam edən gərgin hərbi vəziyyət fonunda qəbul edilib. Rəsmilər bildirirlər ki, seçilən liderin kimliyi təhlükəsizlik riskləri aradan qalxdıqdan sonra açıqlana bilər.
Namizədlər arasında kimlər var idi?
Yeni dini lider postu üçün İran siyasi və dini elitasından bir neçə tanınmış şəxs mümkün namizəd kimi müzakirə olunurdu. Analitiklərin fikrincə, əsas namizədlər arasında aşağıdakı şəxslərin adı çəkilirdi:
Müctəba Xamenei – mərhum dini lider Ayətullah Əli Xameneinin oğlu və nüfuzlu dini fiqurlardan biri
Ayətullah Əli Rza Ərafi – Qum dini hövzəsinin rəhbərlərindən biri
Ayətullah Sadiq Amoli Laricani – Ekspertlər Məclisinin üzvlərindən və İranın keçmiş məhkəmə hakimiyyəti rəhbəri
Ayətullah Əhməd Xatəmi – Tehran imam-cüməsi və tanınmış dini xadim
Ekspertlər Məclisinin qərarı nəticəsində bu namizədlərdən birinin seçildiyi ehtimal olunur, lakin rəsmi açıqlama verilmədiyi üçün liderin kimliyi hələlik naməlum qalır.
Dini lider necə seçilir?
İran Konstitusiyasına görə ölkənin ali dini və siyasi rəhbəri 88 üzvdən ibarət Ekspertlər Məclisi tərəfindən seçilir. Bu məclisin üzvləri isə birbaşa xalq tərəfindən keçirilən seçkilərlə müəyyən edilir.
Dini lider ölkənin ən yüksək siyasi və dini hakimiyyətini təmsil edir və ordunun baş komandanı sayılır.
Regionda davam edən müharibə və gərginlik fonunda yeni dini liderin seçilməsi İranın daxili siyasəti və Yaxın Şərqdəki güc balansı üçün mühüm hadisə kimi qiymətləndirilir.
Bizim.Media

- A-
- A
- A+
Region
13:58 / 08.03.2026
SON DƏQİQƏ: İranın yeni dini lideri seçildi: Adı açıqlanmır
Hazırda oxunan: SON DƏQİQƏ: İranın yeni dini lideri seçildi: Adı açıqlanmır
Hazırda oxunan: SON DƏQİQƏ: İranın yeni dini lideri seçildi: Adı açıqlanmır
600343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































