İstanbulun Sarıyer rayonunda gecə saatlarında maskalı bir şəxs küçədə silahla havaya atəş açdığı üçün saxlanılıb.
Bizim.Media xəbər verir ki, şübhəli Abdulmetin K. (18) ifadəsində bu işi 30 min lirə qarşılığında qəbul etdiyini, lakin hadisədən sonra pulu ala bilmədiyini bildirib.
Hadisə 3 mart gecə saatlarında Çamlıtepe məhəlləsində baş verib. Məlumata görə, üzündə maska olan şəxs küçədə 4 dəfə havaya atəş açıb və həmin anları mobil telefonla çəkib. Daha sonra o, əvvəlcə qaçaraq hadisə yerindən uzaqlaşıb, ardınca isə taksiyə minib.
Hadisə ilə bağlı polis araşdırma aparıb və ərazidə 5 boş giliz tapılıb. Təhlükəsizlik kameralarını araşdıran Sarıyer polisinin əməkdaşları şübhəlinin mindiyi taksinin nömrəsi vasitəsilə onun izinə düşüb.
Polis əməliyyatı nəticəsində şübhəli Qaziosmanpaşa rayonunda saxlanılıb. Onun evində aparılan axtarış zamanı hadisədə istifadə edilən qanunsuz tapança da aşkar edilib.
Polisdə verdiyi ifadədə Abdulmetin K. işi mesajlaşma tətbiqi vasitəsilə 30 min lirə qarşılığında qəbul etdiyini, lakin hadisədən sonra pulu ala bilmədiyini deyib.
Məhkəmə qərarı ilə şübhəli “ictimai təhlükəsizliyi qəsdən təhlükəyə atma” və “qanunsuz silah saxlama” maddələri ilə həbs olunaraq həbsxanaya göndərilib.
Bizim.Media




























































































