İran ordusu: Müharibəni 6 ay davam etdirmək gücümüz var

İran ordusu: Müharibəni 6 ay davam etdirmək gücümüz var

Hazırda oxunan: İran ordusu: Müharibəni 6 ay davam etdirmək gücümüz var

600305

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini ölkəsinin ABŞ və İsrailə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq imkanına malik olduğunu bildirib. Onun sözlərinə görə, İran ən azı 6 ay davam edə biləcək intensiv müharibəni aparmaq gücündədir.

Bizim.Media xəbər verir ki, bu barədə İran mediası yazıb.
 

Naini bildirib ki, İranın həyata keçirdiyi cavab zərbələri zamanı ABŞ və İsrailə aid baza və obyektlər daxil olmaqla 200-dən çox hədəf vurulub. Sözçünün açıqlamasına görə, hücumların təxminən 60 faizi regiondakı ABŞ hərbi bazalarına, 40 faizi isə İsrailə məxsus hədəflərə yönəldilib.


Naini qeyd edib ki, indiyə qədər əməliyyatlarda əsasən birinci və ikinci nəsil raketlərdən istifadə olunub. Onun sözlərinə görə, müharibənin növbəti mərhələlərində daha inkişaf etmiş və uzaq mənzilli raketlərin tətbiqi planlaşdırılır.

İranlı rəsmiyə görə, müharibəni planlaşdıran tərəflər üç məsələdə səhv hesab aparıblar. Onlar İran liderinə qarşı sui-qəsddən sonra ölkənin 48 saat ərzində dağılacağını, müharibənin cəmi üç gün davam edəcəyini və İrana qarşı geniş beynəlxalq koalisiyanın formalaşacağını gözləyiblər. Naini bildirib ki, bu hesablamalar özünü doğrultmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO