Putin HƏDƏLƏDİ: Rusiyaya “Tomahawk” raketləri ilə zərbələr endirilsə…” - VİDEO

Putin HƏDƏLƏDİ: Rusiyaya “Tomahawk” raketləri ilə zərbələr endirilsə…” - VİDEO

Hazırda oxunan: Putin HƏDƏLƏDİ: Rusiyaya “Tomahawk” raketləri ilə zərbələr endirilsə…” - VİDEO

576891

“Əgər Rusiya ərazisinə “Tomahawk” raketləri ilə zərbələr endirilsə, cavab heyrətamiz olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rus Coğrafiya Cəmiyyətinin XVII qurultayının iclasından sonra jurnalistlərlə görüşdə bildirib.

“Bu, eskalasiyaya cəhd deməkdir, lakin əgər bu cür silahlarla Rusiya ərazilərinə zərbələr endirilsə, cavab çox güclü, hətta deyim ki, heyrətamiz olacaq,” — deyə o, bu raketlərin Kiyevə verilməsi imkanlarını şərh edərkən bildirib.
 

Qeyd edək ki, ötən həftə Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüşdə ondan uzaqmənzilli qanadlı “Tomahawk” raketlərinin tədarükünü xahiş edib.


Ukrayna lideri ABŞ-a “Tomahawk” əvəzində pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq təklifi verib.

Tramp isə hələlik bu raketlərin tədarükü ilə bağlı nə müsbət, nə də mənfi cavab verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO