Gürcüstandan Azərbaycana gələn yük avtomobillərində siqaretlər aşkarlandı

Hazırda oxunan: Gürcüstandan Azərbaycana gələn yük avtomobillərində siqaretlər aşkarlandı

57374

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycana gələn "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitəsitələri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Bizim.Media-nın Komitəyə istinadən verdiyi məlumata görə, bu zaman hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildiriblər.

Lakin gömrük baxışı zamanı yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən 4 600 ədəd "Marlboro touch" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO