İranlı fəal Nərgizə ağır cəza: 74 ŞALLAQ, 8 İL HƏBS VƏ SÜRGÜN...

Hazırda oxunan: İranlı fəal Nərgizə ağır cəza: 74 ŞALLAQ, 8 İL HƏBS VƏ SÜRGÜN...

57290

İranlı insan haqları müdafiəçisi Nərgiz Məhəmmədiyə qarşı 8 il 2 ay həbs, 74 şallaq zərbəsi, sürgün və bir çox qadağa cəzası çıxarılıb.

Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, N.Məhəmmədi dünən ailəsi ilə əlaqə saxlayaraq ona qarşı çıxarılmış hökmün detalları ilə bağlı məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Güneyli fəal yenidən həbsxanaya qaytarıldı - FOTO


​​​​​​​Bu barədə onun həyat yoldaşı Tağı Rəhmani məlumat yayıb.

"Nərgiz Məhəmmədiyə qarşı 8 il 2 ay həbs, 74 şallaq zərbəsi, 2 il Tehrandan sürgün, təşkilatlar və partiyalarda 2 illik fəaliyyət qadağası, eləcə də sosial şəbəkələrə girmək və müsahibə verməklə bağlı 2 il qadağa cəzaları verilib", -deyə T.Rəhmani əlavə edib.

Nərgiz Məhəmmədiyə qarşı çıxarılmış əvvəlki hökmlər də qüvvədə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO