Paşinyan Avropa İttifaqı rəsmiləri ilə görüşdü – “Həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsi zəruridir”

Paşinyan Avropa İttifaqı rəsmiləri ilə görüşdü – “Həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsi zəruridir”

Hazırda oxunan: Paşinyan Avropa İttifaqı rəsmiləri ilə görüşdü – “Həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsi zəruridir”

56528

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqına sədrlik edən Fransanın nümayəndəsi İzabel Dümonu, eləcə də Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyət, o cümlədən Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması istiqamətində görülən işlər müzakirə olunub. 

Azərbaycan və Ermənistan liderlərinin Soçidə (Rusiya prezidentinin vasitəçiliyi ilə) və Brüsseldə (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə) keçirilən görüşlərinin nəticələri, eləcə də bu görüşlərdə əldə olunan razılaşmalar müzakirə edilib. 

Tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ məsələsinin nizamlanması üzrə sülh prosesinə tam cəlb olunmasının, həmçinin həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyini qeyd ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO