“Türkiyə ilə münasibətlərdən sonra Rusiya bazası Ermənistandan çıxmalıdır?” – İrəvandan açıqlama

Hazırda oxunan: “Türkiyə ilə münasibətlərdən sonra Rusiya bazası Ermənistandan çıxmalıdır?” – İrəvandan açıqlama

55992

“Ermənistan-Türkiyə münasibətlərini yaxşılaşdırmaq adı altında belə bir fon yaratmağa çalışırlar ki, guya heç bir təhlükə yoxdur və məsələ qaldırılsın ki, Türkiyə və Azərbaycanla yaxşı münasibətlər varsa, qoy rus sülhməramlıları və 102-ci baza getsin. Bu, böyük geosiyasi oyunun tərkib hissəsidir”.

Bizim.Media xəbər verir ki, bunu yanvarın 18-də jurnalistlərlə görüşündə Ermənistan müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublika Partiyasının üzvü Artak Zakaryan deyib.

Onun sözlərinə görə, əvvəllər beynəlxalq oyunçular Ermənistanın maraqlarının nə olduğunu soruşsalar da, indiki hakimiyyətdən heç nə soruşmurlar, çünki bunlar öz maraqlarının nədən ibarət olduğunu müəyyən etməyiblər. 

Eyni zamanda, Zakaryan müxalifətin inert (passiv) vəziyyətdə olduğuna inanmır.

Onun fikrincə, bu gün hakimiyyətdə olmayan bütün qüvvələr bir istiqamətdə irəliləməyi bacarmalıdır və ziddiyyətli bəyanatlar yalnız dəyirmana su tökür. 

“Bu gün bir çox vətəndaş bizi günahlandırır, Deyirlər ki, kimi gözləyirsiniz, niyə heç bir təşəbbüs göstərmirsiniz. Bu isə o deməkdir ki, ümidlərini bizə bağlayırlar.  Əgər biz nəsə etsək və cəmiyyət bir daha reaksiya verməsə və ya gedib təslimçi rejimi seçsə, deməli, hazır deyilik”, - deyə Zakaryan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO