Rubinyan türkiyəli həmkarı ilə Moskvada keçirdiyi görüşdən danışdı

Hazırda oxunan: Rubinyan türkiyəli həmkarı ilə Moskvada keçirdiyi görüşdən danışdı

55968

“Bizim üçün sərfəli olmayan bir vəziyyət var, məncə Türkiyə üçün də bu sərfəli deyil. Biz sərhədin açılmasını istəyirik və bunun ətrafında danışıqlara hazırıq”.

Bizim.Media “Yerevan Today” nəşrinə istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə danışıqları üzrə xüsusi nümayəndə Ruben Rubinyan türkiyəli həmkarı Serdar Kılıçla yanvarın 14-də Moskvada keçirdiyi görüşə toxunarkən deyib.

“Bundan sonra nə baş verəcəyi Türkiyənin konstruktivliyinin dərəcəsindən asılıdır, deyə bilərəm ki, hazırda hər şey qaydasındadır, ilk görüşü konstruktiv qiymətləndirirəm”, - Rubinyan bildirib.

“Görüşdən əvvəl Azərbaycanla sərhəddə gərginliyin olması və üç erməni hərbçisinin həlak olması faktı danışıqlar aparan şəxs kimi sizə təsir etdimi?” sualına Rubinyan belə cavab verib:

“Ermənistan öz həyati maraqlarından heç vaxt əl çəkməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO