Türkiyədə BMT-nin əməkdaşının meyiti tapıldı

Hazırda oxunan: Türkiyədə BMT-nin əməkdaşının meyiti tapıldı

55677

BMT-nin əlaqələndirici üzvü, Kanada vətəndaşı Maykl Kriftin cəsədi Türkiyənin Erciyes dağ-xizək kurortunda xilasedicilər tərəfindən tapılıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Qaziantepdən Kayseriyə xizək sürməyə gələn 3 nəfər Erciyes xizək kurortunda Hisardjik Kapı vadisində qar uçqunu altında qalıb.

"Axtarış-xilasetmə qrupları 2 nəfəri xilas edib, uçqun altında qalan 1 nəfərin axtarışları isə davam edib.

Qurupların -25 dərəcədə apardığı axtarışlar zamanı uçqun altında qalan şəxsin cəsədi aşkar edilib. Ölən şəxsin Qaziantepdə BMT-nin əlaqələndirici üzvü kimi çalışan Kanada vətəndaşı Maykl Krift olduğu üzə çıxıb”, deyə nəşr qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO