Kremldən AÇIQLAMA: “Ukrayna ilə sərhəddə rus qoşunları öz ərazimizdədir”

Hazırda oxunan: Kremldən AÇIQLAMA: “Ukrayna ilə sərhəddə rus qoşunları öz ərazimizdədir”

55674

Ukrayna ilə sərhəddəki rus qoşunları regionda yaranmış gərginliyə bir cavab reaksiyadır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikanın CNN telekanalına müsahibəsində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Ermənistanı Moskvaya aparan SƏBƏB: Kremldə hansı plan qurulub? 


“Rusiya qoşunları Ukrayna sərhədi yaxınlığında öz ərazisindədir. Biz onları çox gərgin vəziyyətdə -  müxtəlif  NATO təlimləri, NATO qırıcıları və casus təyyarələri, NATO infrastrukturunun sərhədlərə qədər irəliləyişi, habelə NATO təyyarələrinin yaratdığı xoşagəlməz atmosfer şəraitində saxlamağı zəruri hesab edirik”. RİA Novosti Peskovdan sitat gətirib.

Kreml sözçüsü vurğulayıb ki, Moskva buna reaksiya verməyə və “ehtiyat tədbirləri görməyə” məcburdur: “Ona görə də bizim ordumuz orada öz ərazimizdədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO