Ermənilər Zəngəzurdan keçən dəmir yolunun tikintisinə pulu hardan tapacaq? - Hələ qərar verilməyib

Hazırda oxunan: Ermənilər Zəngəzurdan keçən dəmir yolunun tikintisinə pulu hardan tapacaq? - Hələ qərar verilməyib

55603

Ermənistan hakimiyyəti Arazdəyən (Yerasx)-Horadiz dəmir yolunun Ermənistan ərazisində tikintisi üçün hansı vəsaitdən istifadə olunacağına hələlik qərar verməyib.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, dekabrın 28-də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Ermənistanda Arazdəyən (Yerasx)-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasının  təxminən 226 milyon dollar təşkil edəcəyini bildirib.

Onun sözlərinə görə, Meğri bölgəsində bərpa işi 221 milyon dollara başa gələcək, Arazdəyən (Yerasx) bölgəsindəki avtomobil yolunun bərpası üçün təxminən 5 milyon dollar tələb olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzurun Azərbaycan iqtisadiyyatında payı nə qədər olacaq? - VİDEO


Bəs hakimiyyət bunun üçün pulu hardan tapacaq? “Sputnik Ermənistan”ın sorğu göndərdiyi Ermənistan İqtisadiyyat Nazirliyi məsələnin onların səlahiyyətlərindən kənarda olduğunu bildirib. Qeyd ediblər ki, sorğu Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərilib.

Oxşar sorğu Ermənistanın Maliyyə Nazirliyinə də göndərilib.

“Bildiririk ki, qaldırdığınız bütün məsələlər müzakirə olunur. Mümkün variantlar təhlil edilir”, - nazirlikdən bildiriblər.

Layihənin texniki-iqtisadi əsaslandırmasının hazır olub-olmaması ilə bağlı suala Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə əlaqə saxlamağı xahiş ediblər.

Bu qurumdan cavab veriblər ki, maliyyə mənbəyinin seçilməsi məsələsi aydın deyil.

“Məsələyə yalnız layihənin həyata keçirilməsi üçün bütün maliyyə xərclərinin ifadə ediləcəyi texniki-iqtisadi əsaslandırmadan sonra baxıla bilər”, - məlumatda deyilir.

Hazırda əmlakın mülkiyyətçiliyini, vəziyyətini və digər məsələlərin müəyyən edilməsi üçün Meğri və Arazdəyən hissələrinin inventarlaşdırılması işləri aparılır.

Onlar başa çatdıqdan sonra texniki-iqtisadi əsaslandırmanın tərtib edilməsi məsələsi müzakirə olunacaq.

“Sputnik Ermənistan”a müsahibəsində sorğuya cavab almamışdan əvvəl ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da maliyyə məsələsinin gündəmdə olduğunu bildirib.

"Aydın görünür ki, ölkələrin hər biri öz ərazisində tikinti aparacaq. Biz də tikinti aparmağa hazırıq. Hazırda müxtəlif müzakirələr gedir", - Sanosyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO