Rusiyadan Azərbaycana aviareyslərə tələbat artıb – Son bir ildə

Rusiyadan Azərbaycana aviareyslərə tələbat artıb – Son bir ildə

Hazırda oxunan: Rusiyadan Azərbaycana aviareyslərə tələbat artıb – Son bir ildə

55125

Rusiyadan Azərbaycana uçuşlara tələbat bir ildə 476 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Tinkoff Səyahətlər” xidmətinin tədqiqat nəticələrində deyilir.

2021-ci ildə sorğuda iştirak edən Rusiya vətəndaşlarının 70 faizdən çoxu ölkə daxili aviareyslərdən istifadə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Almatıya ilk beynəlxalq reys Antalyadan gəldi – VİDEO


Tələbatın ən böyük artımı Kaluqa, Maxaçkala və Nijni Novqorod şəhərlərinə aviareyslərə qeydə alınıb. Alınmış aviabiletlərin sayına görə ən populyar istiqamətlər Moskva, Sankt-Peterburq, Krasnodar vilayətinin kurort zonalarıdır.

2021-ci ildə ən çox populyarlıq qazanan xarici istiqamətlər Türkiyə, BƏƏ, Yunanıstan və Kipr olub. Bu istiqamətlərə tələbat bir ildə 50-70 faiz artıb.

Tədqiqat “Tinkoff Səyahətlər” xidmətinin məlumatlarına və 2021-ci ildə 18 yaşından yuxarı 22 min Rusiya regionları sakinlərinin arasında “Tinkoff” əlavəsində aparılmış sorğu nəticələrinə əsaslanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO