Dünya ölkələrində nə qədər erməni yaşayır? – ARAŞDIRMA

Dünya ölkələrində nə qədər erməni yaşayır? – ARAŞDIRMA

Hazırda oxunan: Dünya ölkələrində nə qədər erməni yaşayır? – ARAŞDIRMA

51799

Tarix boyu köçəri xalq kimi yaşadıqları üçün dünyanın bir çox ölkələrində çoxsaylı erməni əhalisinin olduğu məlumdur.

Bizim.Media xəbər verir ki, erməni mənbələri bu sayı dəfələrlə şişirtməyə çalışsalar da beynəlxalq araşdırmaların nəticəsi reallığa daha yaxın olan rəqəmləri ortaya çıxarıb.

Əsas diqqət çəkən məqam isə ermənilərin xarici ölkələrdə əsasən bir şəhər və ya vilayətdə kompakt şəkildə yaşamasıdır.

Araşdırmalara görə, Ermənistandan sonra ən çox erməninin yaşadığı ölkə Rusiyadır. Şimal qonşumuzun ərazisində 1,9 milyon erməni yaşayır. Təkcə Krasnodar və Stavropol vilayətlərində 980 min erməni yaşayır.
 

MÖVZU İLƏ BAĞLI:

“Vətəndaşlarımız gələn il daha pis yaşayacaq” – ERMƏNİ DEPUTAT


Siyahıdakı digər ölkələri təqdim edirik:

ABŞ – 1,6 milyon (təkcə Los-Ancelesdə 980 min)

Fransa – 1,4 milyon (Marseldə 94 min)

Ukrayna – 400 min

Gürcüstan – 250 min (Cavaxetiyada 110 min)

İran – 240 min (Tehranda 70 min)

Livan – 130 min (Beyrutda 100 min)

Argentina – 120 min (Buenos-Ayresdə 81 min)

Kanada – 90 min

Avstraliya – 85 min

Özbəkistan – 80 min

Türkiyə - 76 min

Brazilya – 50 min

Almaniya – 47 min

Polşa – 45 min

İspaniya – 40 min

Macarıstan – 35 min

Yunanıstan – 30 min

Bolqarıstan – 30 min

Belarus – 30 min 

Suriya – 30 min

Qazaxıstan – 25 min

Belçika – 25 min

Niderland – 25 min

Digər ölkələrdəki erməni əhalisinin sayı isə 20 min nəfərdən çox deyil. Azərbaycanda isə, Qarabağın ermənilər yaşayan hissəsinin əhalisi 25 min nəfərdən artıq deyil. Yəni, Yer üzündə hardasa 10 milyona yaxın erməni məskunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO