Erməni deputat: “Parlamentin spikeri istefa verməlidir, əks halda Paşinyan...” - VİDEO

Hazırda oxunan: Erməni deputat: “Parlamentin spikeri istefa verməlidir, əks halda Paşinyan...” - VİDEO

49509

Ermənistan parlamentinin spikeri Alen Simonyanın əsir düşən erməni əsgərlərini fərarilikdə və qorxaqlıqda ittiham etməsi, “bu əsirlər artıq mənim üçün yoxdur” deməsi Ermənistan cəmiyyətində şok effekti yaradıb. “Yerevan today” Telegram kanalı bununla bağlı videomateriallar hazırlayıb və sübut etməyə çalışıb ki, əsirlərə  qarşı belə münasibət Paşinyan hakimiyyətinin siyasətidir.

Bizim.Media bu gün internetdə yayılan qalmaqallı videoda deyilənləri bir daha xatırladır.

Parlamentin spikeri Alen Simonyan əsirlər haqqında danışır və qeyd edir ki, “Onun üçün əsirlər artıq yoxdur”. Simonyan həmçinin bildirir ki, onlar silahı yerə qoyub təslim olublar. 

“İndi çoxları düşünür ki, bu, Alen Simonyanın, yoxsa bütün hakim qüvvənin şəxsi fikridir?  Xatırladaq ki, bu tezisi Ermənistanın baş naziri Nikol Paşinyan özü irəli sürmüşdü. Seçki kampaniyası günlərində o, demişdi ki, Bakı həbsxanalarında saxlanılan əsir və məhbuslar Ermənistanın suverenliyi uğrunda mübarizə aparıblar. Və bir neçə ay orada qaldıqlarına görə onları bağışlayacaqlarını fikirlərinə əlavə etmişdi. 

Məhkumlar və əsirlər mövzusundan bu hakimiyyət öz siyasi məqsədləri üçün istifadə edib. Bunun bariz nümunəsi Paşinyanın həyat yoldaşı Anna Akopyanın “əsgərlərimiz boş yerə həlak oldu” sözlərini xatırlatmaqdır”. “Yerevan today” Telegram kanalı belə yazıb. 

Deputat Gevorq Petrosyan isə öz Facebook səhifəsində “Alen istefa verməlidir” sözlərini yazıb:

“Əgər Nikol Paşinyan bu prosesi təşkil etməsə, o, Alenin sözlərinə görə bütün məsuliyyəti öz üzərinə götürür”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO