Əsgərimizə hücum edən erməni hərbçi olub - FOTOFAKT

Hazırda oxunan: Əsgərimizə hücum edən erməni hərbçi olub - FOTOFAKT

49112

Ermənistan tərəfinin Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edən şəxslə bağlı növbəti saxtakarlığı və feyk məlumatları, dezinformasiya kampaniyası faş olub.

Bizim.Media xatırladır ki, dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs hərbçimizə hücum edib.

Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Lakin Ermənistan tərəfi sözügedən şəxsin, yəni 1959-cu il təvəllüdlü Seyran Sarkisyanın mülki şəxs, adi çoban olduğunu iddia edərək Azərbaycanı suçlamaq üçün təbliğat kampaniyası aparır.

Ermənistan mediasında yayılan bu fotolar isə ermənilərin dezinformasiyaya əsaslanan kampaniyası ifşa edir.

Belə ki, fotolarda aydın görünür ki, Seyran Sarkisyan çoban və "adi mülki şəxs" olmayıb. Onun əynində Ermənistan ordusunun forması var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO