Erməni əsirləri Bakıdan yenə Rüstəm Muradov aparıb – DETALLAR

Hazırda oxunan: Erməni əsirləri Bakıdan yenə Rüstəm Muradov aparıb – DETALLAR

49099

Bir neçə saatdan sonra Azərbaycandan erməni əsirləri çatdıracaq daha bir təyyarə Erebuni hava limanına enəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qarabağda qondarma rejimin Fövqəladə Xidmətinin keçmiş direktoru Boris Avakyan öz Facebook səhifəsində yazıb.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 10 erməni hərbçini Ermənistana təhvil verdi


O, xüsusilə qeyd edib:

“Əsirlərin qaytarılması prosesini yenidən rus generalı Rüstəm Muradov təşkil edir. Bu dəfə o, tam məxfi şəraitdə Bakıya gedib, hətta əsirlərin geri qaytarılması ilə bağlı məlumatlar da son ana qədər gizli saxlanılıb”.

Xatırladaq ki, general Muradov 2021-ci ilin sentyabr ayının əvvəlinə kimi sülhməramlıların komandanı olub.

Sonra o, Rusiya Cənub Hərbi Dairəsinin komandirinin müavini vəzifəsində xidmətini davam etdirərək Rusiyaya qayıdıb, lakin eyni zamanda Rusiya Federasiyasının Müdafiə Nazirinin əmri ilə əsirlərlə bağlı Rusiya-Azərbaycan danışıqlarında fəal iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO