Binəli Yıldırımdan PAYLAŞIM:  “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”

Hazırda oxunan: Binəli Yıldırımdan PAYLAŞIM:  “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”

48436

Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, siyasətçi bununla bağlı tviterdə paylaşım edib.

“Can Azərbaycanda baş verən hərbi helikopter qəzasında həlak olan qardaşlarımıza Allahdan rəhmət, ailələri və yaxınlarına səbir diləyirəm. Rəbbim yaralılarımıza tezliklə şəfa versin. Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - paylaşımda bildirib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO