Türkiyədə qum fırtınası: 30 avtomobil bir-birinə çırpıldı – YARALILAR VAR - VİDEO

Hazırda oxunan: Türkiyədə qum fırtınası: 30 avtomobil bir-birinə çırpıldı – YARALILAR VAR - VİDEO

48394

Türkiyədə baş verən qum fırtınası Konya-Ankara magistralında ağır zəncirvarı qəzaya səbəb olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.

Mənbə yazır ki, qəflətən tüğyan edən fırtınanın yaratdığı duman yolda görmək imkanını məhdudlaşdırıb.

Bu səbəbdən bir neçə maşın idarəetməni itirib. Nəticədə otuza yaxın avtomobil bir-birinə çırpılıb. Yaralıların olduğu bildirilir.

Qeyd edək ki, hazırda Türkiyədə əlverişsiz hava şəraiti davam edir. Ölkə əhalisinə xəbərdarlıq edilib ki, insanlar ciddi zərurət olmadıqda evdən çıxmasınlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO