Əhmədinejad İsfahan etirazları haqda danışdı: “Xalqı bir-birinə qarşı qoymayın” - VİDEO

Hazırda oxunan: Əhmədinejad İsfahan etirazları haqda danışdı: “Xalqı bir-birinə qarşı qoymayın” - VİDEO

48381

İranın sabiq prezidenti Mahmud Əhmədinejad noyabrın 26-da İsfahan və ölkənin bir çox bölgəsində yaşanan su problemi etirazları ilə bağlı fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Telegram kanalı yayıb.
"İnsanları qarşı-qarşıya gətirmək istəyirlər. Bu ölkənin hər bir sərvəti hamıya aiddir", deyə o, qeyd edib.

Zəncanda əhali qarşısında çıxış edən Əhmədinejad bunları deyib: "Su azdır, ancaq var. Suyun istifadəsi və paylanmasında problem var. Suyu yaxşı idarə etmirlər, daha sonra isə xalqı qırırlar. O vilayət bu vilayətə qarşı çıxır, bu vilayət isə o vilayətə! Sabah da bu məsələ şəhərlərə və kəndlərə yayılacaq, şəhərlər və kəndlər də bir-birinin əleyhinə çıxmağa başlayacaq".

"Çarəsiz xalqın günahı nədir ki, məsul şəxslərin və rəsmilərin əlində əsir olub? İran xalqı nə günah işlədib ki, bir qrupun ayağının altında qalıb? Heç kəsin haqqı yoxdur ki, ayrı-seçkilik yaradıb və insanları öldürməklə öz işini görsün",- Əhmədinejad deyib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO