Ötən il zirzəmidə gizlənən Paşinyan indi “demokratiya sammitinə” gedir – KOROTÇENKO

Hazırda oxunan: Ötən il zirzəmidə gizlənən Paşinyan indi “demokratiya sammitinə” gedir – KOROTÇENKO

48194

Xəbər verdiyimiz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, baş nazir Nikol Paşinyan ABŞ prezidenti Co Baydenin dəvəti ilə “Demokratiya Sammiti”ndə iştirak edəcək.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı rusiyalı hərbi ekspert İqor Korotçenko özünün Telegram kanalında paylaşım edib və həmin sammiti “anti Rusiya” adlandırıb. 

“Yadınızdadır, mən demişdim ki, Paşinyana və onun komandasına etibar etmək olmaz? Bütün bunlar artıq təsdiqlənib!”, deyə o, əlavə edib.

Onun sözlərinə görə, bu, həmin Ermənistandır ki, bir il əvvəl qəzəbli izdiham hökumət binalarını zəbt edərək dağıtmışdı:

“Ölkədə vəzifəsinə görə üçüncü şəxs, o vaxtkı spiker Ararat Mirzoyan küçədə linç edildi. Bəxti gətirdi ki, möcüzəvi şəkildə sağ qaldı. Kəlləsinin güclü və alnının isə qalın olduğu ortaya çıxdı.

Ermənistanı isə həmin sammitdə keçən il Ermənistan Müdafiə Nazirliyinin binasının altındakı yeraltı bunkerdə bir həftə gizlənən Paşinyan təmsil edəcək. Qəddafi kimi izdihamın onu parçalamasından bərk qorxuya düşmüşdü. Bax “demokratiya” budur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO