Saakaşvilinin məhkəmədən ilk görüntüsü yayıldı - FOTO-VİDEO

Hazırda oxunan: Saakaşvilinin məhkəmədən ilk görüntüsü yayıldı - FOTO-VİDEO

48163

Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bu gün səhər tezdən Tbilisi Şəhər Məhkəməsinə gətirilib.

Bizim.Media “Sputik Georgia” nəşrinə istinadən xəbər verir k, məhkəməyə çıxarılan Saakaşvilinin ilk görüntüsü yayılıb.

Məhkəmə zalından eks-prezidentin vəkilləri Facebook-da canlı yayım açıblar, lakin bir müddət sonra hakim yayımın dayandırılmasını tələb edib. Prosesi işıqlandırmaq üçün yalnız İctimai yayımçılara icazə verilir.

Mənbə yazır ki, videoya baxanda məhbusun əla göründüyü hiss olunur. Qori xəstəxanasında reabilitasiya Saakaşvilinin xeyrinə olub. 

Bayırda isə Saakaşvilinin tərəfdarları məhkəmə binasına gedən bəzi yolları bağlayıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO