ABŞ səfirindən Saakaşvilinin məhkəməyə gətirilməsi ilə bağlı REAKSİYA - VİDEO

Hazırda oxunan: ABŞ səfirindən Saakaşvilinin məhkəməyə gətirilməsi ilə bağlı REAKSİYA - VİDEO

48154

ABŞ-ın Gürcüstandakı səfiri bu gün məhkəmə iclasına çıxarılan sabiq prezident Mixeil Saakaşvili ətrafında baş verən vəziyyəti diqqətlə izlədiyini gizlətmir.

Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, xanım diplomatın bununla bağlı verdiyi bəyanat tamamilə neytral xarakter daşıyıb.

"Şadıq ki, onun (Saakaşvilinin) məhkəmədə iştirak etmək imkanı var. Biz də onun tərəfdarlarını prosesə müdaxilə etməməyə çağırırıq. Onlar etiraz edə bilərlər, lakin dinc yolla", - deyə Kelli Deqnan qeyd edib.

Hazırda isə Saakaşvilinin tərəfdarlarının məhkəmə binası qarşısında etirazı davam edir.

Son anda verilən məlumata görə, Tbilisi məhkəməsi qarşısında polislə toqquşma başlayıb.
Hüquq mühafizəçiləri bibər qazından istifadə ediblər. Bir neçə nəfərin həbs edildiyi iddia edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO