Mişustin İrəvanda niyə Paşinyanla görüşməyib? - PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: Mişustin İrəvanda niyə Paşinyanla görüşməyib? - PƏRDƏARXASI MƏQAMLAR

47636

Noyabrın 18-dən 20-dək İrəvan Avrasiya Hökumətlərarası Şurasının baş nazirlərinin iclasına ev sahibliyi edib. Nəticədə bir sıra görüşlər keçirilib və sənədlər imzalanıb. Bununla belə, nə Ermənistan, nə də Rusiya mətbuatında Rusiya və Ermənistanın baş nazirləri Mixail Mişustin və Nikol Paşinyanın ikitərəfli görüşü ilə bağlı xəbərlərin yer almaması diqqət çəkib.

Bizim.Media “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Paşinyan və komandası bu görüşün baş tutması üçün xeyli səy göstərib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bakı qeyri-hərbi üsullarla müharibəni davam etdirir” - İskəndəryan


Paşinyanın rusiyalı həmkarı ilə danışacağı hansısa mövzu olub, lakin nəzakətlə ona rədd cavabı verilib.

Mişustin “darıxdırıcı” Paşinyandansa “Malxas” caz klubuna və bir sıra başqa yerlərə baş çəkməyi üstün tutub. Erməni qəzeti yazır ki, Rusiya baş nazirinin Paşinyanla görüşdən imtina etmək üçün özünəməxsus əsaslı səbəbləri olub.

Nəşrin fikrincə, imtinaya səbəb Mişustinin Ermənistana səfərindən cəmi bir neçə gün əvvəl keçirilən və yenidən Rusiya əleyhinə şüarların səsləndirildiyi etiraz aksiyalarıdır.

İrəvan yenə öz uğursuzluqlarında Rusiyanı günahlandırmağa çalışıb. Xəyanət və sair ittihamlar yağış damcıları kimi yerə tökülüb. 

Qəzet iddia edir ki, Kreml “həmin etirazların birbaşa Nikol Paşinyanın göstərişi ilə təşkil olunduğuna” ciddi əmindir və Rusiya hətta Ermənistanın baş nazirindən Ermənistan parlementinin təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryanı vəzifəsindən uzaqlaşdırmağı tələb edib. O, Moskvada “anti-Rusiya isterikasının” koordinatorlarından biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO