Rusiya və Gürcüstan xüsusi nümayəndələrinin onlayn GÖRÜŞÜ – NƏDƏN DANIŞDILAR?

Hazırda oxunan: Rusiya və Gürcüstan xüsusi nümayəndələrinin onlayn GÖRÜŞÜ – NƏDƏN DANIŞDILAR?

47566

Noyabrın 24-də Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriroqri Karasin ilə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti onlayn görüş keçirilib.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin xarici işlər və nəqliyyat nazirliklərinin nümayəndələri iştirak ediblər.

Görüşdə iki ölkə arasında təhlükəsizlik və humanitar sahədə əməkdaşlığın inkişafı üçün danışıqların Cenevrə formatının əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər iqtisadi-ticarət, nəqliyyat, əmlak və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Eyni zamanda, Abxaziya və Tsixinvali regionundakı gərgin vəziyyət, insan hüquqlarının pozulması, eləcə də Gürcüstanın “3+3” regional əməkdaşlıq formatında iştirakı barədə məsələlər diqqət mərkəzində olub.

Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO